Pirşağı qəsəbəsində tikilmiş layihəmiz 10 sot torpaq sahəsini əhatə edir.

Minimalist üslubda tikilən bir mərtəbəli bağ evi 3 yataq otağı,1 zal studio,1 sanuzeldən ibarətdir. Otaqların sahəsi 24, 22, 20 kvadrat, zal 46 kvadrat, hol isə 16 kvadratdır.

Layihələndirdiyimiz bu villa 4 fəsil yaşamaq üçün nəzərdə tutulub. Həyətdə abadlıq işləri görülüb, yaşıl zona yaradılıb, sanuzel və mini anbar tikilib. Besetka tikilib və içinə manqal əlavə olunub. Besetkanin ümumi sahəsi 44 kvadratdır.

Mənzil qazanxana sistemi ilə təmin olunub,bütün santexnik və elektrik işləri görülüb.