Havalar isindikcə, əsasən də yay aylarında yaşıllıqlarla əhatələnmiş, hovuzu olan bağ evində istirahət etmək demək olar ki, hər kəsin xəyalıdır. İsti yay aylarında günəşə məruz qalmış vücudu fərahlatmağın ən gözəl yolu isə hovuzlardır. Ötən bloqumuzda bəhs etdiyimiz mənzil tikintisinin bir növü olan villalarda, bu hovuzların rahatlıqla inşası mümkündür.

Hovuz modellərinin çeşidliliyi, inşa olunacağı sahələrin və maliyyətinin də müxtəlifliyini təmin edir. Bunlara dekorativ, qapalı üzmə, betonarme, şəlaləli, skemmerli və s. hovuz modellərini misal gətirmək olar. Bəs villalar üçün ən ideal hovuz modeli hansıdır? Təbii ki, bu sual individualdır. Zövqə,istəyə, məkanın genişliliyinə görə dəyişik cavablar vermək olar. Lakin, həm rahatlıq, həm də ecazkar interyerin təminatına görə, villa üçün ən ideal hovuz modeli prefabrik hovuzdur.

Prefabrik üzmə hovuzu – daha yuvarlaq və oval formada olub, villa üçün eleqant bir görünüş yaratmaqla yanaşı, maliyyət baxımından da digər modellərlə müqayisədə daha əlverişlidir.

Prefabrik hovuz tikintisi zamanı nələrə diqqət yetirilməlidir

Lider İnşaat bağ evləri və villalar üçün hər zaman keyfiyyətli və dəbli interyerə uyğun formada hovuzlar inşa edir. Keyfiyyəti ilə seçilən Lider İnşaat sizə hovuz tikintisi zamanı diqqət yetirməli olduğunuz məqamları tədqim edir:

  • Hovuz tikintisi zamanı diqqət yetirməli olduğunuz əsas nüans, istifadə olunan məhsulların keyfiyyətidir. Keyfiyyətsiz məhsullardan istifadə, sonradan istər hovuzda, istərsə də hovuz ətrafı sahədə çoxsaylı problemlər yaradacaqdır. Bu problemlərlə qarşılaşmamaq üçün, hovuzunuzun keyfiyyətini Lider İnşaat-a həvalə edə bilərsiniz.
  • Hovuz tikintisi bitər bitməz su ilə doldurması məqsədəuyğun deyil. Tətbiq olunan bütün məhsulların tam quruması və sərtləşməsi üçün hər ehtimalı gözə alaraq gözləmək ən əlverişli üsuldur.
  • Hovuz ətrafı məkanlarda elektrik xəttlərinin olmamasına diqqət yetirmək, yarana biləcək bütün təhlükələrin qarşısını alacaqdır.
  • Həmçinin, hovuz tikintisi villanın daha çox günəş aldığı sahədə edilməlidir. 

Ümid edirik, bu bloqumuz sizə faydalı oldu. Siz də villanızda keyfiyyətli məhsullardan inşa edilmiş hovuz görmək arzusundasınızsa, Lider İnşaat-a etibar edə bilərsiniz. Daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın.