Mənzil tikintisinin növləri

Azmərtəbəli fərdi mənzillərdən, elit kateqoriyalara aid obyektlərə qədər tikintidə istifadə olunan material müxtəlifliyi, tikinti növlərini müəyyənləşdirir. Gəlin mənzil tikinti növlərinə birlikdə nəzər yetirək:
Fərdi evlər
Bir çox insanın fərdi bir evdə həyat sürmək kimi xəyalı var. Bəs fərdi evlər dedikdə nə nəzərdə tutulur. Böyük və ya kiçik bir ərazidə dörd tərəfi də sərbəst, 1 və ya 2 mərtəbəli evlər fərdi evlər hesab olunur. Şəhərin sıxlığından qurtulmaq, rifah və huzur içində yaşamaq üçün ideal mənzil növü sayılır. Müxtəlif xarici dizayn tətbiq edərək fərdi evlərin görünüşünün gözəlliyini təmin etmək mümkündür.
Teraslı evlər
Teras evlər özəlliklə Vyetnamda məşhurdur. Belə ki, adətən şəkillərdə gördüyümüz qatbaqat, mərtəbəli şəkildə tikilən bu teras evlərin, ilk mərtəbəsinin damı, ikinci mərtəbəsinin terasıdır. Xüsusi görünüşü ilə hər kəsin arzusunda olan cəlbedici evlər siyahısındadır.
Taxta evlər
Taxta evlərin tikintisinə keçmişdə üstünlük verildiyini düşünsək də, şəhərətrafı daşınmaz əmlak bazarında şəhərdən kənarda yerləşən obyektlərin ümumi sayının ən azı üçdə birini tutan taxta evlərə böyük tələbat var. Öncədən taxta evlər sadəcə istirahət üçün tikilsə də, getdikcə daimi yaşayış üçün də istifadə edilir.
Bina mənzili
İstər dünya, istər ölkə ərazisində ən çox inşa edilən tikinti növüdür. Yerləşdikləri yerə və fərdi büdcəyə uyğun dəyərləndirilir. Həmçinin daxili interyerindəki dəyişiklik və yeniliklərin ən çox tətbiq olunduğu tikinti növüdür.
Qeyd etdiyimiz bütün mənzil növlərinin tikintisini Lider İnşaat həyata keçirməkdədir. Arzu etdiyiniz istənilən növ mənzil tikintinizi Lider İnşaat-a həvalə edə bilərsiniz. Mənzilinizin tikintisi üçün ətraflı məlumat əldə etmək istəyirsinizsə, bizimlə əlaqə saxlıyın.